Bakı
29° Aydın hava
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Sevdanın təqdimatında
USD - 1.7 AZN
EUR - 1.8859 AZN

Bu il həcc ziyarətinə 1,8 milyon zəvvar gəlib

Bu il həcc ziyarətinə 1,8 milyon zəvvar gəlib

Səudiyyə Ərəbistanının baş pasport-viza xidməti xarici ölkələrdən zəvvarların həcc ziyarətinə gəlməsi prosesinin başa çatdığını bəyan edib.

Krallığın baş pasport-viza xidmətinin baş direktoru Süleyman ibn Əbdül Əziz əl-Yahya mətbuata açıqlamasında bildirib ki, 2019-cu ildə həcc ziyarətinə xaricdən gələn zəvvarların sayı 1 838 339 nəfərə çatıb. Onun sözlərinə görə, zəvvarlardan 1 725 455 nəfəri hava, 95 634-ü avtomobil və 17 250-si dəniz yolu ilə ölkəyə daxil olub.