Bakı
9° Buludlu
Non-Stop music
İndi Efirdə 15:05 - 17:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8853 AZN

"Qarabağ" - APOEL matçının biletləri satışa çıxarılıb

"Qarabağ" - APOEL matçının biletləri satışa çıxarılıb

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Kipr APOEL-i ilə Bakıda keçirəcəyi cavab oyunu üçün biletlər satışa çıxarılıb.

Klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ən ucuz bilet 2 manatdır.

Satışda 5 manat, 10 manat və VİP sektor üçün 50 manatlıq biletlər də var. Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, "Gənclik", 28 Mall, "Park Bulvar"dakı iTicket satış məntəqələrindən, ASAN xidmətin 2 və 3 saylı (Yasamal, "AMAY T/M) mərkəzlərindən və İticket.az (onlayn) saytından əldə etmək olar.

Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:30-da başlayacaq.