Bakı
22° Aydın hava
Non-Stop music
İndi Efirdə 15:05 - 16:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.858 AZN

Dövlət başçısı: “Hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur”

Dövlət başçısı: “Hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur”

Azərbaycanda koronavirus xəstələri 20-dən artıq dövlət xəstəxanasında müalicə olunurlar.

 Prezident qeyd edib ki, bu günlərdə 575 çarpayıdan ibarət olan, ölkəmizin ən müasir və “Yeni klinika” adlanan xəstəxanası onların ixtiyarına verilib: “Bu ilin mart ayında ölkəmizin 3 şəhərində üç yeni xəstəxana istifadəyə verilmişdir. Onların ümumi çarpayı sayı 500-dən çoxdur. Bu xəstəxanalar da koronavirus xəstələrinin ixtiyarına verilmişdir. Qısa müddət ərzində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə, hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur.

Həkimlərimizin və tibb işçilərimizin koronavirus xəstəliyinə qarşı mübarizədə xidmətlərini yüksək qiymətləndiririk. Koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4 və 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən qayğının təzahürüdür”.

Prezident İlham Əliyev bildirib ki, on beş mindən artıq Azərbaycan vətəndaşı müxtəlif ölkələrdən, o cümlədən dövlət hesabına təşkil olunmuş çarter reysləri vasitəsilə təxliyə edilib: “Ölkəyə qaytarılmış bütün vətəndaşlarımız dövlət hesabına 4 və 5 ulduzlu mehmanxanalarda, xüsusi karantin zonalarında yerləşdirilmişdir. Eyni zamanda, birinci Avropa Oyunları zamanı açılmış Atletlər kəndində də karantinə alınmış şəxslər yerləşdirilir.

Beynəlxalq ticarət daşımaları istisna olmaqla, qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində qonşu dövlətlərlə yerüstü və hava nəqliyyatı bağlantıları müvəqqəti olaraq dayandırılmışdır. Digər ölkələrlə beynəlxalq hava sərnişin daşımaları da dayandırılmışdır”.

Ən son xəbərlər

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının koronavirus testinin nəticəsi açıqlanıb

BNA və Bakı şəhər Baş Polis İdarəsi birgə tədbirlərə başlayıb

Acundan dünya rekordu

ÜST bu 2 preparatın sınaqlarını dayandırdı

Sumqayıtda baş verən qəzada 4 hərbçi, bir mülki şəxs ölüb - YENİLƏNİB-1

ÜST: Dünya koronavirusun ikinci pik həddi ilə qarşılaşa bilər

Rusiyada iyunun 1-dən daxili turizmə qoyulan məhdudiyyətlər tədricən götürüləcək

Bakı-Şamaxı yolunda 5 nəfərin ölümü ilə nəticələnən qəza baş verib

Prezident İlham Əliyev Şamaxıda Pir Ömər Sultan ziyarətgahında olub

Prezident İlham Əliyev Şamaxıya ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalarla tanış olub

Hulusi Akar: “İraqın və Suriyanın şimalında 1458 terrorçu zərərsizləşdirilib”

Şamaxının icra başçısı açıqlama verdi

Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib

Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxub, 134 nəfər sağalıb, 2 nəfər vəfat edib

Bakıda gecə fəaliyyət göstərən restoran aşkarlandı, 32 nəfər saxlanıldı

Şamaxının icra başçısının müavini koronavirusa yoluxub

Mingəçevirdə 13 nəfərin xəsarət alması ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlanıb

İsveç 5G-yə keçən ilk ölkə oldu

Dünya çempionatı təxirə salındı

Trampın statuslarını paylaşan o imiş...

Dünyada koronavirusa yoluxanların sayı 5,5 milyona çatır