Bakı
22° Aydın hava
Non-Stop music
İndi Efirdə 20:05 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9289 AZN

Ərdoğan: “Türk Şurası epidemiyadan sonrakı dövrə hazırlaşmalıdır"

Ərdoğan: “Türk Şurası epidemiyadan sonrakı dövrə hazırlaşmalıdır"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının “COVID-19 infeksiyasına qarşı mübarizədə əməkdaşlıq və müqavimət” adlı videokonfrans vasitəsilə fövqəladə zirvə görüşündə çıxış edib. 

 O, deyib ki, hazırda görünməz düşmənə qarşı çətin mübarizə aparırlar.

Dövlət başçısı virusa qarşı mübarizə məqsədi ilıə quruma üzv ölkələrin səhiyyə nazirlərinin videokonfrans keçirərək təcrübə mübadiləsi edəcəklərini də vurğulayıb: “Türk Şurası zirvəsi koronavirusun yayılması ilə mübarizədə həmrəyliyimizi gücləndirəcək. İnfeksiyanın təsiri ilə eyni zamanda qlobal iqtisadi böhranla üz-üzəyik. Görülən tədbirlər aramızdakı ticarətə mənfi təsir göstərə bilər. Beynəlxalq ticarət və yük daşınması təchizat zənciri baxımından vacibdir”.

“Koronavirusa qarşı mübarizədə əlbəttə, qalib gələcəyik. Bundan sonra yeni bir dünyanın reallığı ilə qarşılaşacağıq. Mübarizəmizə davam edərkən, epidemiyadan sonrakı dövrə hazırlaşmalıyıq. İnkişafa vahid şəkildə yanaşmalı, əməkdaşlıq sahələrini müəyyənləşdirməli və tez bir zamanda lazımi addımlar atmalıyıq”, - deyə R.T.Ərdoğan vurğulayıb.

O, 65 ölkədən Türkiyənin 25 mindən çox vətəndaşını geri gətirilməsinə nail olduqlarını da vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilir. 

Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub.

Ən son xəbərlər

Azərbaycanda stadionlara giriş-çıxış oyunlardan 3 saat əvvəl bağlanacaq

Avrozonada ÜDM bu il 8,7% azalacaq

icaze.e-gov.az portalının fəaliyyəti yenidən aktivləşdirildi - QAYDALAR

Şənbə-bazar evdən çıxanları cərimə, hətta həbs gözləyir - XƏBƏRDARLIQ

Ünvanlı sosial yardımın verilməsi ilə bağlı yeniliklər açıqlandı

Rusiyada uzun müddət yaşamaq istəyən miqrantlar üçün yeni QAYDALAR

Gürcüstan koronavirusun ikinci dalğasına hazırlaşır

Türkiyə iki ölkə ilə sərhədləri açdı

DİN-dən dəfn icazəsi ilə bağlı AÇIQLAMA

Həftəsonu fəaliyyətinə icazə verilən qurumlar - SİYAHI

Həftəsonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeronda sərt karantin rejimi tətbiq olunacaq

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilib

Türkiyədə altı azərbaycanlı koronavirusdan öldü - RƏSMİ

Dünyada ilk dəfə ən çox qazanan şirkət rəhbəri bir qadın olub

Təhsil Nazirliyinin tabeliyində 5 yeni lisey yaradılıb

Şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulacaq

Ərzaq mağazaları və apteklər bağlana bilər - RƏSMİ + VİDEO

İşdən çıxma saatlarında dəyişiklik gözlənilir - RƏSMİ

Beş nəfər koronavirusdan öldü: Rekord yoluxma - RƏSMİ

Mediaya da məhdudiyyət qoyula bilər - RƏSMİ

Həftəsonu bütün ölkə ərazisində məhdudiyyətlər tətbiq edilə bilər - RƏSMİ