Bakı
22° Aydın hava
Non-Stop music
İndi Efirdə 20:05 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9289 AZN

Dünyada koronavirusa yoluxanların sayı 1,5 milyon nəfəri keçib

Dünyada koronavirusa yoluxanların sayı 1,5 milyon nəfəri keçib

Son sutka ərzində dünyada koronavirus infeksiyasına 84 mindən çox insan yoluxub, təxminən 6,4 min nəfər də bu virusun qurbanı olub.

 Bu barədə məlumat bölgələrdə və ölkələrdə virusa yoluxma və ölüm hallarını dəyərləndirən “Worldometer” saytında yer alıb.

Son statistikaya görə, dünyada 1 517 960 nəfər yeni növ koronavirusa yoluxub, 88 457 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 84 384 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 6414 nəfər artıb.

COVID-19 infeksiyasına ən çox yoluxma halları ABŞ-dadır – 434 927 nəfər. Onun ardınca İspaniya (148 220), İtaliya (139 422), Almaniya (113 296), Fransa (112 950) və Çin (81 865) gəlir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) aprelin 8-də Bakı vaxtı ilə saat 12:00-da yaydığı son açıqlamasına görə, ən çox yoluxma və ölüm halları yenə də Avropa regionunda qeydə alınıb – 720 219 yoluxma və 57 369 ölüm. Sutka ərzində burada yoluxanların sayı 33 881, ölənlərin sayı isə 4904 nəfər artıb.

Şimali və Cənubi Amerikada ümumilikdə 417 416 nəfər koronavirusa yoluxub, 12 597 nəfər ölüb.

Yoluxma sayı üzrə üçüncü yeri Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Qərbi Sakit okean bölgəsi tutur. 6 aprel tarixinə olan məlumata görə, burada 114 667 yoluxma, 3922 ölüm faktı qeydə alınıb.

Ən son xəbərlər

Azərbaycanda stadionlara giriş-çıxış oyunlardan 3 saat əvvəl bağlanacaq

Avrozonada ÜDM bu il 8,7% azalacaq

icaze.e-gov.az portalının fəaliyyəti yenidən aktivləşdirildi - QAYDALAR

Şənbə-bazar evdən çıxanları cərimə, hətta həbs gözləyir - XƏBƏRDARLIQ

Ünvanlı sosial yardımın verilməsi ilə bağlı yeniliklər açıqlandı

Rusiyada uzun müddət yaşamaq istəyən miqrantlar üçün yeni QAYDALAR

Gürcüstan koronavirusun ikinci dalğasına hazırlaşır

Türkiyə iki ölkə ilə sərhədləri açdı

DİN-dən dəfn icazəsi ilə bağlı AÇIQLAMA

Həftəsonu fəaliyyətinə icazə verilən qurumlar - SİYAHI

Həftəsonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeronda sərt karantin rejimi tətbiq olunacaq

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilib

Türkiyədə altı azərbaycanlı koronavirusdan öldü - RƏSMİ

Dünyada ilk dəfə ən çox qazanan şirkət rəhbəri bir qadın olub

Təhsil Nazirliyinin tabeliyində 5 yeni lisey yaradılıb

Şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulacaq

Ərzaq mağazaları və apteklər bağlana bilər - RƏSMİ + VİDEO

İşdən çıxma saatlarında dəyişiklik gözlənilir - RƏSMİ

Beş nəfər koronavirusdan öldü: Rekord yoluxma - RƏSMİ

Mediaya da məhdudiyyət qoyula bilər - RƏSMİ

Həftəsonu bütün ölkə ərazisində məhdudiyyətlər tətbiq edilə bilər - RƏSMİ