Bakı
24° Aydın hava
Ekspert
İndi Efirdə 18:05 - 19:00 Azər Bəyin təqdimatında
USD - 1.7 AZN
EUR - 1.9289 AZN

ÜST: Koronavirusun nə zaman bitəcəyini bilmirik

ÜST: Koronavirusun nə zaman bitəcəyini bilmirik

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Kristian Lindmayer koronavirus pandemiyasının nə vaxt başa çatacağı ilə bağlı açıqlama verib.

O,Türkiyənin NTV telekanalının suallarını cavablandırıb.  

Müxbirin “dünya virusdan nə vaxt xilas olacaq” sualına cavabında ÜST sözçüsü deyib: “Bu, tamamilə virusa qarşı vaksin və dərman preparatı ilə bağlı fəaliyyətdən asılıdır. Bu, hər ikisinin yaxın dövrdə tapılmasına bağlıdır. Dolayısı ilə bu mövzuda, bu şəraitdə heç bir proqnozumuz yoxdur. Təəssüf ki, bu məsələ ilə bağlı bir təxminim də yoxdur”.

ÜST rəsmisi müxbirin “Bir il, iki il” sualına cavab olaraq deyib: “Bunu demək çox çətindir. Vaksin 12-18 aya ancaq hazır ola bilər. Bunun kütləvi istehsalı daha uzun prosesdir. Ancaq bu mübarizədə vaksin əldə etməyimiz çox əhəmiyyətlidir. Bu iş nə zaman bitəcək deyəndə nəyi nəzərdə tutursunuz? COVID-19-un tamamilə məhv olmasını, yoxsa virusa qarşı mübarizə metodunu öyrənib inkişaf etdirməyimizi?” 

“Əlbəttə. Yenidən işə getmək, işləmək, məktəblərin yenidən açılması, bütün işlərin normal hala dönməsini istəyirik. Bu sualın cavabı çox çətindir. Hamımız bu sualın cavabını verə bilmək istəyirik. Hətta evində oturub, sualları cavablandıran mən də...”, - Kristian Lindmayer vurğulayıb.

Ən son xəbərlər

Azərbaycanda stadionlara giriş-çıxış oyunlardan 3 saat əvvəl bağlanacaq

Avrozonada ÜDM bu il 8,7% azalacaq

icaze.e-gov.az portalının fəaliyyəti yenidən aktivləşdirildi - QAYDALAR

Şənbə-bazar evdən çıxanları cərimə, hətta həbs gözləyir - XƏBƏRDARLIQ

Ünvanlı sosial yardımın verilməsi ilə bağlı yeniliklər açıqlandı

Rusiyada uzun müddət yaşamaq istəyən miqrantlar üçün yeni QAYDALAR

Gürcüstan koronavirusun ikinci dalğasına hazırlaşır

Türkiyə iki ölkə ilə sərhədləri açdı

DİN-dən dəfn icazəsi ilə bağlı AÇIQLAMA

Həftəsonu fəaliyyətinə icazə verilən qurumlar - SİYAHI

Həftəsonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeronda sərt karantin rejimi tətbiq olunacaq

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilib

Türkiyədə altı azərbaycanlı koronavirusdan öldü - RƏSMİ

Dünyada ilk dəfə ən çox qazanan şirkət rəhbəri bir qadın olub

Təhsil Nazirliyinin tabeliyində 5 yeni lisey yaradılıb

Şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulacaq

Ərzaq mağazaları və apteklər bağlana bilər - RƏSMİ + VİDEO

İşdən çıxma saatlarında dəyişiklik gözlənilir - RƏSMİ

Beş nəfər koronavirusdan öldü: Rekord yoluxma - RƏSMİ

Mediaya da məhdudiyyət qoyula bilər - RƏSMİ

Həftəsonu bütün ölkə ərazisində məhdudiyyətlər tətbiq edilə bilər - RƏSMİ