Bakı
22° Aydın hava
Sağlam saat
İndi Efirdə 17:05 - 18:00 Azər Bəy `in təqdimatında
USD - 1.7 AZN
EUR - 1.858 AZN

Bakıya gələn yollarda karantin qaydalarını pozan sürücü və sərnişinlər cərimələnir -

Bakıya gələn yollarda karantin qaydalarını pozan sürücü və sərnişinlər cərimələnir -

Ölkəmizdə koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə kompleks tədbirlər həyata keçirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, vətəndaşlardan bu infeksiyadan həm özlərini, həm də yaxınlarını qorumaq üçün mütləq qaydada xüsusi karantin qaydalarına əməl etmək tələb olunur. Bu məqsədlə Sumqayıt şəhəri və Abşeron rayonunda yerləşən stasionar postlarda Bakıya giriş-çıxışa nəzarət daha da gücləndirilib. Bu postlarda sürücülər və nəqliyyat vasitələrində olan sərnişinlər ciddi yoxlamalardan keçirilir. Səbəbsiz yerə yaşayış məkanlarını tərk edən sürücü və sərnişinlər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 100 manat miqdarında cərimə edilirlər. Polisin qanuni tələblərinə tabe olmayanlar və eyni əməli təkrar törədənlər barəsində daha ciddi intizam tədbiri görülür, həmin şəxslər saxlanılaraq məhkəmələrin qərarı ilə həbs olunurlar.

Həmçinin Bakıya girişə nəzarətin gücləndirilməsi məqsədi ilə Binəqədi Rayon Dövlət Yol Polis Şöbəsi tərəfindən Novxanı qəsəbəsində əlavə polis postu yaradılıb. Bu postda Sumqayıt şəhərindən paytaxta və əksinə hərəkət edən vətəndaşlara məhdudiyyətlər qoyulur. Mövcud vəziyyət nəzərə alınaraq vətəndaşlar arasında səhhətində nasazlıq hiss edənlər üçün postun ərazisində ehtiyat tədbirlər çərçivəsində xüsusi otaqlar da qurulub. Həmçinin postda xidmət aparan polis və daxili qoşunların hərbi qulluqçularının normal qidalanması və istirahət etməsi üçün də yerlər müəyyən edilib. 

Qeyd edək ki, koronavirus təhlükəsinin yayılmasına qarşı görülən qabaqlayıcı tədbirlər daha da sərtləşdirilib. Qoyulan qaydalara əməl etməyən vətəndaşlara qarşı ciddi cəza tədbirləri həyata keçirilir. 

Ən son xəbərlər

Kriştianu Ronaldo: "Məndən yoxdur"

Azərbaycanda it itə yedizdirilib, hadisə araşdırılır - FOTO

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının koronavirus testinin nəticəsi açıqlanıb

BNA və Bakı şəhər Baş Polis İdarəsi birgə tədbirlərə başlayıb

Acundan dünya rekordu

ÜST bu 2 preparatın sınaqlarını dayandırdı

Sumqayıtda baş verən qəzada 4 hərbçi, bir mülki şəxs ölüb - YENİLƏNİB-1

ÜST: Dünya koronavirusun ikinci pik həddi ilə qarşılaşa bilər

Rusiyada iyunun 1-dən daxili turizmə qoyulan məhdudiyyətlər tədricən götürüləcək

Bakı-Şamaxı yolunda 5 nəfərin ölümü ilə nəticələnən qəza baş verib

Prezident İlham Əliyev Şamaxıda Pir Ömər Sultan ziyarətgahında olub

Prezident İlham Əliyev Şamaxıya ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalarla tanış olub

Hulusi Akar: “İraqın və Suriyanın şimalında 1458 terrorçu zərərsizləşdirilib”

Şamaxının icra başçısı açıqlama verdi

Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib

Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxub, 134 nəfər sağalıb, 2 nəfər vəfat edib

Bakıda gecə fəaliyyət göstərən restoran aşkarlandı, 32 nəfər saxlanıldı

Şamaxının icra başçısının müavini koronavirusa yoluxub

Mingəçevirdə 13 nəfərin xəsarət alması ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlanıb

İsveç 5G-yə keçən ilk ölkə oldu

Dünya çempionatı təxirə salındı