Bakı
24° Aydın hava
Non-Stop music
İndi Efirdə 20:05 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9289 AZN

icaze.gov.az saytı bu gün saat 10:00-dan fəaliyyətə başlayıb, artıq 4015 təşkilat əməkdaşlarını qeydiyyatdan keçirib

icaze.gov.az saytı bu gün saat 10:00-dan fəaliyyətə başlayıb, artıq 4015 təşkilat əməkdaşlarını qeydiyyatdan keçirib

"Fəaliyyətinə icazə verilən qurumların əməkdaşlarının icazəsi üçün nəzərdə tutulan icaze.gov.az saytı bu gün saat 10:00-da fəaliyyətə başlayıb".

 Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın 2 aprel qərarı ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycana Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bildirib.

Onun sözlərinə görə, artıq icazələr portalına bu saata qədər 4015 təşkilat 7279 əməkdaşı barədə məlumatı sistem üzərindən qeydiyyatdan keçirib: "Hazırda sistemdə müəyyən qədər yükləmə var. Bunun da səbəbi odur ki, vətəndaşlar da icazə portalına daxil olaraq icazə almağa çalışırlar. Sistem üzərində iş gedir ki, daha da mükəmməl olsun. Bu sistem çox qısa müddət ərzində hazırlanıb, bunun da səbəbi karantin rejimi ilə əlaqədar sürətli qərarların verilməsidir. Ancaq sayt dayanmayıb, yüklənmə olsa da, işləyir".

C.Salmanov deyib ki, icazələr sistemindən yalnız fəaliyyətinə icazə verilən qurumlar qeydiyyatdan keçə bilər: "Eyni zamanda qurumlardan xahiş edirik ki, sistemə yalnız fəaliyyətinə icazə verdikləri əməkdaşlar barədə qeydlər etsinlər".

Ən son xəbərlər

Azərbaycanda stadionlara giriş-çıxış oyunlardan 3 saat əvvəl bağlanacaq

Avrozonada ÜDM bu il 8,7% azalacaq

icaze.e-gov.az portalının fəaliyyəti yenidən aktivləşdirildi - QAYDALAR

Şənbə-bazar evdən çıxanları cərimə, hətta həbs gözləyir - XƏBƏRDARLIQ

Ünvanlı sosial yardımın verilməsi ilə bağlı yeniliklər açıqlandı

Rusiyada uzun müddət yaşamaq istəyən miqrantlar üçün yeni QAYDALAR

Gürcüstan koronavirusun ikinci dalğasına hazırlaşır

Türkiyə iki ölkə ilə sərhədləri açdı

DİN-dən dəfn icazəsi ilə bağlı AÇIQLAMA

Həftəsonu fəaliyyətinə icazə verilən qurumlar - SİYAHI

Həftəsonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeronda sərt karantin rejimi tətbiq olunacaq

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilib

Türkiyədə altı azərbaycanlı koronavirusdan öldü - RƏSMİ

Dünyada ilk dəfə ən çox qazanan şirkət rəhbəri bir qadın olub

Təhsil Nazirliyinin tabeliyində 5 yeni lisey yaradılıb

Şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulacaq

Ərzaq mağazaları və apteklər bağlana bilər - RƏSMİ + VİDEO

İşdən çıxma saatlarında dəyişiklik gözlənilir - RƏSMİ

Beş nəfər koronavirusdan öldü: Rekord yoluxma - RƏSMİ

Mediaya da məhdudiyyət qoyula bilər - RƏSMİ

Həftəsonu bütün ölkə ərazisində məhdudiyyətlər tətbiq edilə bilər - RƏSMİ