Bakı
24° Aydın hava
Ekspert
İndi Efirdə 19:05 - 20:00 Azər Bəyin təqdimatında
USD - 1.7 AZN
EUR - 1.9289 AZN

İşçilərin evdən çıxması üçün məlumatların sistemə yerləşdirilməsinə başlanıldı

İşçilərin evdən çıxması üçün məlumatların sistemə yerləşdirilməsinə başlanıldı

Bu gündən xüsusi karantin rejimində hərəkətinə icazə verilməsi üçün dövlət qurumları və özəl təşkilatların əməkdaşlarının məlumatlarının “icaze.e-gov.az” portalında yerləşdirilməsinə başlanılıb.

Portal artıq saat 10:00-dan etibarən işə düşür.

Belə ki, müvafiq dövlət qurumları və özəl hüquqi şəxslər əməkdaşları barədə, habelə müvafiq könüllülər təşkilatları könüllülər barədə məlumatları bu saatdan etibarən “icaze.e-gov.az”a daxil etməlidirlər.

Qeyd edək ki, aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir:

- dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşları;

- Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri;

- fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları.

Həmçinin “ASAN Könüllüləri” İctimai Birliyi, "Regional İnkişaf" İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatı, “Bir” tələbə-könüllüləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin hərəkətinə onlar barədə məlumatlar “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərlərində olması məcburidir.

Eyni zamanda vətəndaşların fərdi qaydada evdən çıxmaları isə yalnız müvafiq bildiriş kodunu 8103 nömrəsinə SMS göndərməklə təmin ediləcək. Bu sistem isə aprelin 5-dən işə düşəcək.

Hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqlar. Eyni zamanda, “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün 8103 SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcək.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Belə ki, əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycanda 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək hərəkət məhdudiyyətləri tətbiq edilib.

Ən son xəbərlər

Azərbaycanda stadionlara giriş-çıxış oyunlardan 3 saat əvvəl bağlanacaq

Avrozonada ÜDM bu il 8,7% azalacaq

icaze.e-gov.az portalının fəaliyyəti yenidən aktivləşdirildi - QAYDALAR

Şənbə-bazar evdən çıxanları cərimə, hətta həbs gözləyir - XƏBƏRDARLIQ

Ünvanlı sosial yardımın verilməsi ilə bağlı yeniliklər açıqlandı

Rusiyada uzun müddət yaşamaq istəyən miqrantlar üçün yeni QAYDALAR

Gürcüstan koronavirusun ikinci dalğasına hazırlaşır

Türkiyə iki ölkə ilə sərhədləri açdı

DİN-dən dəfn icazəsi ilə bağlı AÇIQLAMA

Həftəsonu fəaliyyətinə icazə verilən qurumlar - SİYAHI

Həftəsonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeronda sərt karantin rejimi tətbiq olunacaq

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilib

Türkiyədə altı azərbaycanlı koronavirusdan öldü - RƏSMİ

Dünyada ilk dəfə ən çox qazanan şirkət rəhbəri bir qadın olub

Təhsil Nazirliyinin tabeliyində 5 yeni lisey yaradılıb

Şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulacaq

Ərzaq mağazaları və apteklər bağlana bilər - RƏSMİ + VİDEO

İşdən çıxma saatlarında dəyişiklik gözlənilir - RƏSMİ

Beş nəfər koronavirusdan öldü: Rekord yoluxma - RƏSMİ

Mediaya da məhdudiyyət qoyula bilər - RƏSMİ

Həftəsonu bütün ölkə ərazisində məhdudiyyətlər tətbiq edilə bilər - RƏSMİ