Bakı
19° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.858 AZN

Azərbaycanda daha 29 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb

Azərbaycanda daha 29 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb

Azərbaycan Respublikasında 29 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 2020-ci il martın 12-də Türkiyədən qayıtmış 1961-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı ilə xüsusi rejimli xəstəxanaya daxil olmuş, müayinə zamanı onda xroniki bronxit olduğu müəyyən edilib, pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Xəstənin vəziyyətinin stabilləşdirilməsi ilə bağlı həyata keçirilən reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 5 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 104 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 5 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 mindən artıq test aparılıb.

Koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bundan başqa, artıq ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında infeksiyaya yoluxma halları qeydə alınmağa başlayıb.  

Bu səbəbdən vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur. Vətəndaşlarımızı bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq. 

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insnalararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunub.

Ən son xəbərlər

Restoran, kafe, çay evi və bütün ictimai iaşə məkanları müştərilərə saat 08:00-dan 22:00-dək xidmət göstərəcək

Avtobus və taksilərə maskasız daxil olmaq qadağan olunub

Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb

Bu dərman vasitələri yerli mal hesab ediləcək

Baş Prokurorluq Bakıda gözəllik salonunda törədilən qətllə bağlı məlumat yayıb

Bakıda 300-dən artıq əsas küçə, prospekt və yol dezinfeksiya olunacaq

İyunun 1-dən müəllimlərin yerdəyişməsi üzrə elektron sənəd qəbulu başlayır

Muradla Handenin iyulda toyudur

Bred Pittin baxımsız halı bəyənilmədi

BMT-nin yüzə yaxın sülhməramlısı koronavirusa yoluxub

Tramp "Twitter"in bağlanacağını güman edir

XVIII əsrə aid konyak 146 min ABŞ dollarına satıldı - FOTO

Azərbaycanın Britaniyadakı səfiri Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə bağlı məqaləyə cavab verib

"Klon"un qəhrəmanları 20 il sonra -

Bakı əhalisinin sayı açıqlanıb

Azərbaycan dövlət himni Ukrayna dilində ifa edildi - Video

Mövlud Çavuşoğlu Azərbaycanı təbrik edib

Mayk Pompeo: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc həlli üçün üzərinə götürdüyü öhdəliyə sadiqdir"

Polad Bülbüloğlu: “Sülh danışıqları sonsuzadək davam edə bilməz”

Prezidentlə xanımı “Qobu Park - 3” yaşayış kompleksinin açılışını etdi

Əkrəm İmamoğlundan Azərbaycan xalqına - Təbrik