Bakı
13° Buludlu
MAŞINDA
İndi Efirdə 12:05 - 13:00 Rəfailin təqdimatında
USD - 1.7 AZN
EUR - 1.8594 AZN

Polis Bakı, Sumqayıt və Abşerona aparan ara yollarda postlar qurub - FOTO

Polis Bakı, Sumqayıt və Abşerona aparan ara yollarda postlar qurub - FOTO

Magistrallardan kənarda olan ara və köməkçi yollardan istifadə etməklə paytaxt Bakı, Sumqayıt şəhəri və Abşeron rayonuna nəqliyyat vasitələrinin daxil olmaması üçün polis postları təşkil olunub.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, bildiyiniz kimi koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə virus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün xüsusi karantin rejimi elan edilib. Bu müddət ərzində digər zəruri tədbirlərlə yanaşı xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb. Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılıb.

Bu məqsədlə paytaxt, eləcə də Sumqayıt şəhəri və Abşeron rayonu istiqamətindəki yollarda polis əməkdaşları tərəfindən stasionar postlar fəaliyyət göstərir. Bakı-Ələt, Bakı-Quba və Bakı- Şamaxı yollarında yaradılan postlarda Baş Dövlət Yol Polisi İdarəsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları sutkalıq xidmət aparırlar.

Həmin məntəqələrdə hər hansı neqativ halın yaşanmaması üçün stasionar postlaradakı vəziyyətə Təhlükəsiz Şəhər Xidmətinin kameraları vasitəsi ilə real vaxt rejimində nəzarət olunur.

Qeyd edək ki, xüsusi karantin rejimi elan ediləndən bu günə qədər stasionar postlarda bölgələrdən gələn 6164 avtomobilin paytaxt, eləcə də Sumqayıt şəhəri və Abşeron rayonu ərazinə daxil olmasının qarşısı alınıb. Həmçinin bu müddət ərzində müəyyən edilmiş tələblər çərçivəsindən kənar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan bölgələrə doğru hərəkət etməyə çalışan 1746 nəqliyyat vasitəsi geri qaytarılıb.

Təəssüflə qeyd edək ki, bəzi sürücülərin xüsusi karantin rejiminin tələblərindən yayınaraq magistraldan kənarda olan ara və köməkçi yollardan istifadə etməklə paytaxta, Sumqayıt şəhəri və Abşeron rayonuna keçməyə cəhd göstəməsi hallarına da rast gəlinir. Belə neqativ hərəkətlərin qarşısının alınması üçün DİN rəhbərliyinin göstərişi ilə ara və köməkçi yollarda da postlar təşkil olunub.  Bu postlarda Daxili Qoşunların və ərazi polis orqanlarının əməkdaşları fasiləsiz xidmət aparırlar.

 

Ən son xəbərlər

DİN: Maska taxmayanlar qaydanı pozmuş sayılır

TƏBİB-in şöbə müdiri: "Xəstəlikdən qorunma yolu hər bir şəxsin özünü izolyasiya etməsidir"

Azərbaycanda daha 41 nəfərdə koronavirus aşkarlanıb

Yapon alimlərdən virusun hava ilə yayıldığını sübut edən - VİDEO

DYP: Karantin dövründə 16 mindən çox nəqliyyat vasitəsi postlardan geri qaytarılıb

Kəlbəcərin işğalından 27 il ötür

ÜST: Tezliklə dünyada koronavirusa yoluxanların sayı milyona çatacaq

Azərbaycanda 9 nəfər metil spirtindən zəhərlənib, onlardan 4-ü ölüb

Uğurlu Aprel döyüşlərinin ildönümüdür

İranda saxta içkidən 320 nəfər ölüb, 62-si kor olub

UEFA: “Bütün ölkələrdə çempionatlar başa çatdırılmalıdır”

Ərdoğan vətəndaşlardan evlərini tərk etməmələrini xahiş edib

“Eurovision” iştirakçılarının onlayn konsertləri olacaq

Azərbaycanda koronavirusa görə 4518 nəfər karantindədir, 35 minə yaxın test aparılıb

Azərbaycanda daha 61 nəfər koronavirusa yoluxub

Azərbaycanda ƏDV müvəqqəti ləğv edilir

Təhsil Nazirliyi: Dərslər sentyabrın 15-dək təxirə salınmayıb

Daha bir serial koronavirusa görə dayandırıldı

Türkmənistanda "koronavirus" sözü qadağan edilib

Aktrisaya ağır itki üz verdi - Koronavirusa görə

Elman Rüstəmovun səlahiyyət müddəti başa çatır