Bakı
12° Buludlu
Canlı Kitab
İndi Efirdə 10:05 - 11:00 Elçin Hacının təqdimatında
USD - 1.7 AZN
EUR - 1.8595 AZN

Əhalini evdə qalmağa çağırmaq yetərli deyil - ÜST

Əhalini evdə qalmağa çağırmaq yetərli deyil - ÜST
Ümumdünya Səhiyyə Təşkilatı (DST) Avropa dövlətlərini koronavirus pandemiyasına qarşı mübarizədə ictimai həyata məhdudiyyətlər tətbiq etməklə kifayətlənməməyə çağırıb. Qeyd edilib ki, bu məhdudiyyətlər virusun yayılmasının qarşısının alınması üçün yetərli deyil, testlərin sayı artırılmalıdır.
Təşkilatın sağlamlıqla bağlı fövqəladə hallar proqramının rəhbəri Mayk Rayen bu fikirləri BBC-yə müsahibəsində bildirib. O qeyd edib ki, hazırda əsas diqqət infeksiyaya yoluxmuş şəxsləri müəyyənləşdirilməsinə və onların təcrid edilməsinə yönəldilməlidir. İctimai həyata tətbiq edilən məhdudiyyətlərin problemli tərəfi ondan ibarətdir ki, ciddi tibbi tədbirlər görülmədikdə, qadağalar aradan qaldırılan kimi virus yenidən yayılmağa başlayacaq.
Çin, Sinqapur və Cənubi Koreyada olduğu kimi, həyata keçirilən testlərin sayının artırılmasını tövsiyə edən ÜST rəsmisi deyib: “Əgər biz yoluxma hallarının sayını azalda bilsək, o zaman virus üzərində qələbə çala bilərik. Hazırda bütün Avropa ölkələri sosial məsafə və əhalinin mümkün qədər evdə qalması prinsipinə üstünlük verirlər. Virusla bağlı testlər yalnız konkret şübhə olduğu halda həyata keçirilir. Bu, həm testlərin azlığı, müvafiq avadanlığın çatışmazlığı, həm də bu testləri yoxlayacaq laboratoriyaların çox olmaması ilə izah edilir”.
M.Rayen sadalanan faktları nəzərə alaraq, virusa qarşı peyvənd hazır olanadək məsələyə realist yanaşmanın vacib olduğunu vurğulayıb. O bildirib ki, indiyədək ÜST üzv dövlətlərə 1,5 milyon test göndərib, lakin mövcud tələbat bu miqdardan 80-100 dəfə artıqdır. Əgər bütün şübhəli halların müayinəsi aparılsa, o zaman virusun yayılmasının qarşısını almaq mümkün olacaq.
Ən son xəbərlər

Nazirlik: 10 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb

Boşana bilməsələr də, razılaşdılar

Azərbaycanda koronavirusa yoluxanların sayı 926-ya çatıb, 9 nəfər ölüb, 101 nəfər sağalıb

Prezident koronavirusla mübarizə üçün tibbi avadanlıq və vasitələrin alınmasına 97 milyon manat ayırıb

UEFA rəsmisi: "Hansısa şəhər imtina etsə, oyunlar yenidən bölüşdürüləcək"

Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib

Baş Nazir: “Neftin qiymətinin düşməsinin mənfi təsirlərini azaltmaq üçün Azərbaycan müvafiq alətlərə malikdir”

Nazir: "Bu gündən 190 manatın verilməsinə başlanılacaq"

İlk dəfə 4-cü uşağının üzünü göstərdi

Aİ COVID-19-la mübarizə üçün Azərbaycana 14 milyon avro ayırıb

Dünyada koronavirusa yoluxanların sayı 1,5 milyon nəfəri keçib

Süni tənəffüsə bağlanan xəstələrin sayı çoxalsa vəziyyət pisləşəcək

Azərbaycanda 822 nəfər koronavirusa yoluxub

Azərbaycanda daha 105 nəfərdə koronavirus aşkarlanıb

İrina sevgilisi ilə ilk dəfə görüntüləndi

Harry Potterdən karantin günləri üçün möhtəşəm ideya

İş adamı karantini pozdu, maşınla yol qurğularını qırıb keçdi

Özündən 21 yaş böyük aktyorla sevgili oldu

Kıvanç “Çukur”da

ÜST: Koronavirusun nə zaman bitəcəyini bilmirik

Selena Qomez də koronavirusla mübarizəyə qoşuldu