Bakı
12° Buludlu
Canlı Kitab
İndi Efirdə 10:05 - 11:00 Elçin Hacının təqdimatında
USD - 1.7 AZN
EUR - 1.8595 AZN

DİN: Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna girişlə bağlı buraxılış rejimini pozanlar hüquqi məsuliyyətə cəlb ediləcək

DİN: Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna girişlə bağlı buraxılış rejimini pozanlar hüquqi məsuliyyətə cəlb ediləcək

Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna girişlərdə yaradılan postlarda polis əməkdaşları sutkalıq  xidmətlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabinetı yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində sosial izolyasiya tədbirləri, məhdudiyyətlər tətbiq edilir.

Bu məqsədlə martın 19-dan saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılıb.

Sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları da qadağan olunub.

Bu məqsədlə paytaxt, eləcə də Sumqayıt şəhəri və Abşeron rayonu istiqamətindəki yollarda polis əməkdaşları tərəfindən stasionar postlar fəaliyyətə başlayıb. Bakı-Ələt yolunun 65-ci, Bakı-Quba yolunun 45-ci və Bakı- Şamaxı yolunun 31-ci kilometrliyində yaradılan postlarda Baş Dövlət Yol Polisi İdarəsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları sutkalıq xidmət aparırlar: "Həmin məntəqələrdə ticarət əlaqələrinin saxlanılması, ərzaq və başqa gündəlik tələbat mallarına ehtiyacı təmin etmək məqsədilə yükdaşımalarla məşğul olan nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir. Həmin avtomobillərin Bakı və Sumqayıt şəhərlər, eləcə də Abşeron rayonları istiqamətində növbə gözləmədən fasiləsiz şəkildə hərəkəti polislər tərəfindən təmin edilib. Xüsusi buraxılış rejimi qaydalarını pozan şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri tətbiq olunacaq".

 

Ən son xəbərlər

Nazirlik: 10 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb

Boşana bilməsələr də, razılaşdılar

Azərbaycanda koronavirusa yoluxanların sayı 926-ya çatıb, 9 nəfər ölüb, 101 nəfər sağalıb

Prezident koronavirusla mübarizə üçün tibbi avadanlıq və vasitələrin alınmasına 97 milyon manat ayırıb

UEFA rəsmisi: "Hansısa şəhər imtina etsə, oyunlar yenidən bölüşdürüləcək"

Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib

Baş Nazir: “Neftin qiymətinin düşməsinin mənfi təsirlərini azaltmaq üçün Azərbaycan müvafiq alətlərə malikdir”

Nazir: "Bu gündən 190 manatın verilməsinə başlanılacaq"

İlk dəfə 4-cü uşağının üzünü göstərdi

Aİ COVID-19-la mübarizə üçün Azərbaycana 14 milyon avro ayırıb

Dünyada koronavirusa yoluxanların sayı 1,5 milyon nəfəri keçib

Süni tənəffüsə bağlanan xəstələrin sayı çoxalsa vəziyyət pisləşəcək

Azərbaycanda 822 nəfər koronavirusa yoluxub

Azərbaycanda daha 105 nəfərdə koronavirus aşkarlanıb

İrina sevgilisi ilə ilk dəfə görüntüləndi

Harry Potterdən karantin günləri üçün möhtəşəm ideya

İş adamı karantini pozdu, maşınla yol qurğularını qırıb keçdi

Özündən 21 yaş böyük aktyorla sevgili oldu

Kıvanç “Çukur”da

ÜST: Koronavirusun nə zaman bitəcəyini bilmirik

Selena Qomez də koronavirusla mübarizəyə qoşuldu