Bakı
6° Buludlu
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Sevdanın təqdimatında
USD - 1.7 AZN
EUR - 1.8398 AZN

DTX icra başçısının saxlanılması ilə bağlı görüntüləri yaydı - VİDEO

DTX icra başçısının saxlanılması ilə bağlı görüntüləri yaydı - VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala rayonunda vəzifəli şəxslərin saxlanılması ilə bağlı videogörüntüləri yayıb.

 Həmin görüntüləri tədim edirik.

DTX-nın rəsmi açıqlamasında deyilir ki, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılmışdır.

Toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunmuşdur.

Həmçinin İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilmişdir.

İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülmüşdür.

Aparılan araşdırmalarla İsmayıl Vəliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə rayon ərazisində torpaq sahələrinin özbaşına tutulduğu, qanunsuz olaraq şəxsi məqsədlər üçün istifadə edildiyinə, həmin ərazilərdə qanunsuz tikinti işləri aparıldığına əsaslı şübhələr müəyyən edilmişdir.

İstintaq araşdırmaları ilə həmçinin dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əməkhaqqı kartlarının İsmayıl Vəliyev tərəfindən müxtəlif adlar altında ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Qeyd olunan vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarının təhsil, səhiyyə və digər yerli dövlət orqan və müəssisələrində davamlı korrupsiya əməllərinin törədilməsinə yol açdığı təsbit edilmişdir.

Cinayət işləri üzrə İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılmışlar.

Hazırda cinayət işi üzrə bütün halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları fevralın 20-də Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasında xüsusi əməliyyat keçirib. Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Məhərrəm oğlu Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Ən son xəbərlər

Nazirlik yardımla bağlı müraciəti sadələşdirdi

Terrorçu PKK-nın silahlıları koronavirusa yoluxub

Azərbaycanda daha 76 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib

Qida rasionunda üstünlük verilməli qidalar

Lukaşenko: “Heç bir fəlakət yoxdur, 794 nəfər koronavirusa görə xəstəxanaya yerləşdirilib”

“Koronavirusun müalicəsində antibiotiklərdən istifadə olmaz” - Rəsmi

Koronavirusla mübarizəyə 1 milyon dollar bağışladı

Ərdoğan aparıcını məhkəməyə verdi

Ledi Qaqadan rekord yardım

İşsiz şəxslərdən kimlərə birdəfəlik ödəmə veriləcəyi açıqlanıb

Ötən sutka karantin rejimini pozan 1499 sürücü inzibati məsuliyyətə cəlb edilib

Əkiz körpələrə "Covid" və "Corona" adı verildi

Donald Tramp ABŞ-ın dərman şirkətlərindən Boris Consonun müalicəsinə yardım etməyi xahiş edib

Boris Conson reanimasiya şöbəsinə yerləşdirilib

ÜST dünyada COVID-19 infeksiyasına yoluxanların sayını açıqlayıb

Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb

İşsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılacaq - RƏSMİ

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

Prezident: "Aprelin 20-dən sonra addımlarımızı yaranacaq vəziyyətə uyğun şəkildə atacağıq"

Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyi ilə birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi elan edir

Hollivud filmlərinin premyerası koronavirusa görə təxirə salındı