Bakı
Canlı Kitab
İndi Efirdə 10:05 - 11:00 Elçin Hacının təqdimatında
USD - 1.7 AZN
EUR - 1.855 AZN

Deputatlığa namizədlərin sayı 1542-yə çatıb

Deputatlığa namizədlərin sayı 1542-yə çatıb

Azərbaycanda fevralın 9-a təyin edilən növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

 Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, müraciət edən şəxslərdən 2358 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib: “Onlardan 2247 nəfər imza vərəqələrini artıq götürüb, 1774 nəfəri imza vərəqələrini qaytarıb, 1542 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb”.