Bakı
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Sevdanın təqdimatında
USD - 1.7 AZN
EUR - 1.855 AZN

Yaponiya 6G rabitə sisteminin tətbiqinə hazırlaşır

Yaponiya 6G rabitə sisteminin tətbiqinə hazırlaşır

Yaponiya hökuməti 6G rabitə şəbəkəsinin 2030-cu ildə tətbiqi üçün hazırlıq işlərinə başlamaq barədə qərar verib.

 Bunun üçün yaradılan Ekspertlər Şurası bu ilin yayında yeni rabitə sisteminin tətbiqinə dair strategiya hazırlamalıdır.

Qeyd edək ki, 5G rabitə sistemini bu ilin yazında kütləvi şəkildə tətbiq edəcək Yaponiya bu sahədə ABŞ və Cənubi Koreyadan geridə qalıb. “Kyodo” xəbər verir ki, bu geriliyi aradan qaldırmaq istəyən Yaponiya hökuməti özəl sahibkarlarla birgə daha qabaqcıl olan 6G rabitə sisteminin tətbiqində irəli çıxmağı hədəfləyir. Yeni sistemin tətbiq etməyin nəzərdə tutulduğu sahələr arasında pilotsuz nəqliyyat sahəsinin adı çəkilir.