Bakı
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Sevdanın təqdimatında
USD - 1.7 AZN
EUR - 1.855 AZN

Ötən il okeanların isinməsi rekord həddə çatıb

Ötən il okeanların isinməsi rekord həddə çatıb

2019-cu ildə okeanlarında suyun hərarəti bütün müşahidə dövrünün rekord səviyyəsinə çatıb. Belə ki, son 25 ildə okeanların isinməsinə vaxtilə Xirosima şəhərinə atılan nüvə bombasının 3,6 milyard misli qədər enerji sərf edilib.

 Bu məlumat 14 nəfərlik beynəlxalq alimlər qrupunun “Advances in Atmospheric Sciences” jurnalında dərc edilmiş tədqiqatında yer alıb.

Həmin tədqiqat 1950-ci illərdən bu yana Çin Elmlər Akademiyasının Atmosfer Fizikası İnstitutu və ABŞ Milli Okean və Atmosfer Tədqiqatları Administrasiyası (NOAA) tərəfindən toplanmış məlumatlara əsaslanır. Okeanlarda suyun hərarəti səthdən 2000 metr dərinliyədək ölçülüb.

Tədqiqatın nəticəsinə görə, son 10 ildə okeanlarda suyun hərarəti ən yüksək həddə çatıb, ən isti beş il isə məhz son beş ildir. Həmçinin okeanların 1987-2019-cu illər ərzində isinməsi 1955-1986-cı illərdəkinə nisbətən 450 faiz çoxdur.