Bakı
6° Buludlu
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Sevdanın təqdimatında
USD - 1.7 AZN
EUR - 1.8398 AZN

Sabah yağış, qar yağacaq, külək əsəcək

Sabah yağış, qar yağacaq, külək əsəcək

Bazar gününə olan hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində fasilələrlə çiskinli yağış yağacağı gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu Abşeronda gecə 2-5° isti, gündüz 6-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85% olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 4° şaxtadan 1°-dək isti olacaq. 

Ən son xəbərlər

Nazirlik yardımla bağlı müraciəti sadələşdirdi

Terrorçu PKK-nın silahlıları koronavirusa yoluxub

Azərbaycanda daha 76 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib

Qida rasionunda üstünlük verilməli qidalar

Lukaşenko: “Heç bir fəlakət yoxdur, 794 nəfər koronavirusa görə xəstəxanaya yerləşdirilib”

“Koronavirusun müalicəsində antibiotiklərdən istifadə olmaz” - Rəsmi

Koronavirusla mübarizəyə 1 milyon dollar bağışladı

Ərdoğan aparıcını məhkəməyə verdi

Ledi Qaqadan rekord yardım

İşsiz şəxslərdən kimlərə birdəfəlik ödəmə veriləcəyi açıqlanıb

Ötən sutka karantin rejimini pozan 1499 sürücü inzibati məsuliyyətə cəlb edilib

Əkiz körpələrə "Covid" və "Corona" adı verildi

Donald Tramp ABŞ-ın dərman şirkətlərindən Boris Consonun müalicəsinə yardım etməyi xahiş edib

Boris Conson reanimasiya şöbəsinə yerləşdirilib

ÜST dünyada COVID-19 infeksiyasına yoluxanların sayını açıqlayıb

Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb

İşsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılacaq - RƏSMİ

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

Prezident: "Aprelin 20-dən sonra addımlarımızı yaranacaq vəziyyətə uyğun şəkildə atacağıq"

Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyi ilə birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi elan edir

Hollivud filmlərinin premyerası koronavirusa görə təxirə salındı