Bakı
8° Buludlu
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Sevdanın təqdimatında
USD - 1.7 AZN
EUR - 1.855 AZN

KİV: İraqda ABŞ-ın bazalarının bombalanması nəticəsində 11 hərbçi yaralanıb

KİV: İraqda ABŞ-ın bazalarının bombalanması nəticəsində 11 hərbçi yaralanıb

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPEH) ABŞ-ın İraqda yerləşən hərbi bazalarına 8 yanvarda endirdiyi aviazərbələr nəticəsində 11 ABŞ hərbçisi yaralanıb.

 Bu barədə “Defense One” ABŞ-dakı hərbi mənbələrə istinadən məlumat yayıb.

“Bu həftə onlar (Yaralılar - red.) kəllə-beyin travması ilə müalicə və sonrakı müayinə üçün Almaniyada və Küveytdə yerləşən Amerika hərbi xəstəxanalarına təxliyə ediliblər”.

Cümə axşamı ABŞ-ın İraqdakı komandanlığı bəzi əsgərlərin kəllə-beyin travması ilə bağlı müalicə edildiyini etiraf etmişdi.