Bakı
9° Aydın hava
Xəbərlər
İndi Efirdə 12:00 - 12:05 Əzizənin təqdimatında
USD - 1.7 AZN
EUR - 1.8478 AZN

Zəngin insanlar kasıblardan 10 il daha çox sağlam həyat yaşayırlar

Zəngin insanlar kasıblardan 10 il daha çox sağlam həyat yaşayırlar

Maliyyə təminatı insanın daha sağlam həyat yaşamasına səbəb olur

Zəngin insanlar yoxsullardan ortalama olaraq 9 il daha çox sağlam və fiziki məhdudiyyətlətin azad həyat yaşayırlar. Bu barədə "CNN"də dərc olunan məqalədə məlumat verilib.

Avropalı və amerikalı tədqiqatçılardan ibarət komanda ABŞ-da və Birləşmiş Krallıqda insanların həyat gözləntisininin arxasındakı narahatlıqverici iqtisadi bərabərsizlik şərtlərini analiz etdikdən sonra bu qənaətə gəliblər.

Tədqiqatçılar 50 yaşdan yuxarı 25,000 insanın datasını analiz ediblər və bu insanların yataqdan çıxa bilməmək və özbaşlarına yemək bişirə bilməmək kimi yaşla əlaqədar məhdudiyyətlərə məruz qalmağa başlamazdan əvvəl nə qədər ömür yaşadıqlarına ehtimal etməyə imkan verən faktorları gözdən keçiriblər.

Bu problemləri başlamasına ehtimal verən ən böyük sosial-iqtisadi faktor zənginlik olub. Komanda aşkar edib ki, zəngin insanlar demək olar, çətinliklər yaşamağa başlamazdan əvvəl 10 ildən həzz alırlar.

Analiz edilən 50 yaşlı kişilərin əlavə 31 il sağlam həyat yaşacaqları ehtimalı olub, daha az zəngin olan insanlarda isə bu göstərici 22-23 arasında dəyişib.

Qadınlara gəldikdə isə zənginlərin əlavə 33 il, yoxsulların isə əlavə 24 il sağlam yaşamaq gözləntisi olduğu müəyyən edilib.