Bakı
29° Aydın hava
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Sevdanın təqdimatında
USD - 1.7 AZN
EUR - 1.8859 AZN

71 il bərabər yaşadılar, eyni gündə öldülər

71 il bərabər yaşadılar, eyni gündə öldülər

71 il əvvəl nikah bağlayan Herbert Deleyql və Merilin Frensis eyni gündə vəfat ediblər.

Bu barədə “Metro” nəşri yazıb. Onların eyni xəstəxanada 12 saat fərqlə dünyalarını dəyişdikləri qeyd edilib.

Cütlüyün sevgi tarixçəsi 1974-cü ildə Merilinin ofisiant işlədiyi kafedə başlayıb. Herbert daha sonralar etiraf etmişdi ki, ora məhz gələcək həyat yoldaşını görmək üçün girirmiş. Günlərin bir günü cəsarət toplayan kişi onu görüşə dəvət edib. 1 ildən sonra cütlük toy edib.  

Herbert və Merilinin özlərindən sonra 6 övladı, 16 nəvəsi, 25 nəticəsi və 3 kötücəsi qaldı.