Bakı
30° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8816 AZN

Prezidentdən oğluna qadağa

Prezidentdən oğluna qadağa

Ukrayna Prezidenti Vladimir Zelenski oğluna qadağa qoyub.

O, bu barədə “Youtube”da yayımlanan “Prezidentlə səmimi” proqramında danışıb:

“Həyat yoldaşım hər şeyə ciddi yanaşır, narahatdır, öz qanunları var, amma yaxşı insandır. Qızım artıq Prezident olmağıma öyrəşib. Oğlum isə çox xoşbəxtdir. “Mən Prezidentin oğluyam” deyir, amma biz bunu başqalarına deməyi ona qadağan etmişik. İndi isə “Bilirsiniz mən kimin oğluyam?” deyir”.

Qeyd edək ki, Vladimir Zelenski aktyor olaraq məşhurlaşıb. O, bu il Ukraynanın Prezidenti seçilib.