Bakı
24° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8859 AZN

Azərbaycanlı milyarder dünyanın ən varlıları arasında 59-cu yerdədir

Azərbaycanlı milyarder dünyanın ən varlıları arasında 59-cu yerdədir

500 nəfərin yer aldığı siyahıda Rusiyanın “Lukoyl” neft şirkətinin azərbaycanlı prezidenti Vahid Ələkbərov 59-cu pillədə göstərilir. Onun 17,7 milyard sərvəti var.

Siyahının lideri “Amazon” şirkətinin sahibi Ceff Bezosdur (ABŞ). O, 125 milyard dollarlıq varidata sahibdir.

İkinci pillədə 108 milyard dollarlıq var-dövlətlə “LVMH” şirkətlər qrupunun (Fransa) prezidenti Bernar Arno gəlir.

“Microsoft” şirkətinin rəhbəri Bill Qeyts (ABŞ) 107 milyard dollarlıq varidatla üçüncü yerdə qərarlaşır.

Reytinq cədvəlinin dördüncü pilləsində 83,9 milyard dollarla sərmayəçi Uorren Baffet (ABŞ), beşinci pilləsində 79,5 milyard dollarla “Facebook” sosial şəbəkəsinin banisi Mark Suxerberq (ABŞ) durur.