Bakı
30° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8816 AZN

Ölüm səviyyəsi aşağı olan ölkə

Ölüm səviyyəsi aşağı olan ölkə

Avropa İttifaqında ən aşağı ölüm səviyyəsi İspaniyadadır (hər 100 min sakinə 829 ölüm faktı).

 Avropa İttifaqının Statistika Bürosunun ( “Eurostat”) iyulun 16-da açıqlanmış 2016-cı il üçün məlumatına istinadla xəbər verir ki, ən yüksək ölüm göstəricisi Bolqarıstan (1600 adam), Latviya və Rumıniyadadır (hər biri üçün 1476 adam).

Ən aşağı ölüm göstəricisi isə İspaniya ilə bərabər, Fransa (838), İtaliya (843) və Maltada (882) qeydə alınıb.

2016-cı ildə Aİ-də 5,1 milyon insan ölüb ki, bu da ötən ildəkindən 80 min nəfər azdır. Bu ölümlərin üçdəbir hissəsi 75 yaşınadək insanların payına düşüb (1,7 milyon, 33 faiz), ölənlərin 1,5 milyonu 75-85 yaşlarında (29 faiz), 9 milyonu 85 yaşından böyük (38 faiz) olub.

“Eurostat”ın məlumatına görə, 1,8 milyondan çox insanın ölümünə qan dövranı sistemi xəstəlikləri, ürək tutmaları, insultlar səbəb olub. 2016-cı ildə xərçəngdən 1,3 milyondan çox adam ölüb.