Bakı
7.47° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8782 AZN

“Qarabağ”a görə metronun iş saatı dəyişdi

“Qarabağ”a görə metronun iş saatı dəyişdi

Bakı Metropoliteni “Qarabağ”ın bu gün Avropa Liqasının qrup mərhələsinin son turunda “Düdelanj”a qarşı keçirəcəyi matça görə saat 00:30-a qədər işləyəcək.

 Bu barədə metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov feysbukda məlumat yayıb.

O bildirib ki, azarkeşlərin qarşılaşmadan sonra rahat şəkildə ünvanlarına çatması üçün bu addım atılıb.

Qeyd edək ki, “Qarabağ” – “Düdelanj” matçı Bakı vaxtilə 21:55-də başlayacaq.