Bakı
7.47° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8782 AZN

Fransa hökumətinin ümumi təqaüd sistemi layihəsi nümayişləri daha da alovlandırıb

Fransa hökumətinin ümumi təqaüd sistemi layihəsi nümayişləri daha da alovlandırıb

Fransa hökuməti təqaüd sistemi ilə bağlı yeni layihəsini təqdim etdikdən sonra da ölkədə tətil və nümayişlər səngimək bilmir.

Nəqliyyat sahəsində tətillər daha da genişlənib. Ölkədəki həmkarlar təşkilatlarının əksəriyyəti hökumətin təqaüd yaşını 64 etməklə “qırmızı xətt”i keçdiyini və yeni ümumi təqaüd sistemi ilə razılaşmadıqlarını bildiriblər. Nümayişçilər Milad bayramınadək barışıq olmayacağını bəyan ediblər.

Hökumət müzakirələrə açıq olduğunu bildirərək həmkarlar təşkilatlarını danışıqlara dəvət edib. Təhsil naziri müəllimlərin məvacibinin artırılacağını vəd edib.

Dekabrın 12-də Parisdə 14 metro xəttindən 10-u bağlıdır. Depolar blokadaya alındığından şəhərdaxili avtobuslar xəttə çıxa bilməyib. Nəqliyyat iflic vəziyyətindədir.

Bu gün keçirilən yerli nümayişlərdən sonra həmkarlar təşkilatları əhalini dekabrın 17-də ümumi etiraz aksiyasında iştirak etməyə çağırıblar.

Fransada ilk dəfə olaraq opera artistləri, o cümlədən balet artistlərinin 80 faizi nümayişə çıxıb. Qeyd edək ki, Fransada opera artistləri üçün xüsusi rejimli təqaüd 1698-ci ildə XIV Lüdoviq tərəfindən müəyyən edilib və o vaxtdan dəyişməyib. Yeni təqaüd layihəsi ilə onların da pensiya sistemi ləğv edilir.