Bakı
30° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8816 AZN

Antarktidanın kəşfinin 200 illiyinə həsr olunan poçt bloku

Antarktidanın kəşfinin 200 illiyinə həsr olunan poçt bloku

Bu gün dünyanın ən soyuq qitəsi - Antarktidanın kəşfinin 200 illiyinə həsr olunan poçt bloku tədavülə buraxılıb.

Poçt markalı blokun üzərində “Vostok” və “Mirnıy” adlı qayıqlar, həmçinin Antarktida peyzajı təsvir olunub.

Poçt markalarının dövriyyəyə buraxıldığı gün, yəni bu gün Moskva, Sankt-Peterburq və Penza şəhərləri üçün “İlk gün” zərfi və möhür hazırlanıb. Bundan əlavə markanın üzərinə xüsusi həkketmə həyata keçirilib.

Hər markanın nominal dəyəri 50 rubl, blokun tiraji isə 40 min nüsxə təşkil edir. Poçt blokunun ölçüsü 124×70 mm, blokda olan poçt markalarının ölçüləri isə 42×30 mm təşkil edir. Layihə dizayner-rəssam İ.Ulyanovskiyə məxsusdur.

Xatırladaq ki, ən soyuq, ən quru, ən küləkli və ən yüksək materik olan Antarktidanı 1820-ci ildə Mixail Lazarev və Faddey Bellinshauzenin kəşf edib.