Bakı
8° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8738 AZN

Evsiz insanlara kömək üçün körpüdən isti paltar asırlar

Evsiz insanlara kömək üçün körpüdən isti paltar asırlar

Evsizlərə kömək olmaq məqsədiylə yüzlərlə insan aksiyaya qoşulub

 İrlandiyanın paytaxtı Dublində evsiz və ehtiyacı olan insanlara kömək məqsədiylə Ha'penny körpüsündən isti paltar asmaq trendə çevrilib. Aksiya həmçinin sosial şəbəkələrdə də böyük maraq doğurmaqla, çox sayda fotoların paylaşılmasına gətirib çıxarıb.

Təşəbbüs "Warm for Winter" (Qış üçün isti) adlı "Facebook" səhifəsindən gəlib. Bundan sonra şəhər mərkəzindəki körpünün məhəccərlərində bütün forma və ölçülərdə palto və bürüncəklər peyda olmağa başlayıb. Həmçinin papaqlar, əlcəklər və şərflər də gətirənlər olub.

"Qış üçün isti" kampaniyasının təşəbbüsçüsü Patrik Frayers kampaniyanın digər bölgələrə də yayılacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, İrlandiyada son dövrlər evsizlik böhranı kəskin dərəcədə artıb. Sakinlər dövlətin məsələ ilə əlaqədar tutarlı addımlar atması üçün tez-tez nümayişlər keçirirlər.