Bakı
24° Buludlu
Bizon Time
İndi Efirdə 15:05 - 16:00 Rəfailin təqdimatında
USD - 1.7 AZN
EUR - 1.9969 AZN

Yağıntılı hava şəraiti sabah da davam edəcək

Yağıntılı hava şəraiti sabah da davam edəcək

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 10-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 9-11 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında dekabrın 10-da hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, dekabrın 10-da Abşeron yarımadasında əsasən təmiz və oksigenlə zəngin havanın üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

Ən son xəbərlər

Azərbaycan Prezidentinin köməkçisi Ermənistana xəbərdarlıq edib

Gorusdan Azərbaycan ərazisi raket atəşinə tutuldu

MN: Ermənistan ordusu təminatda ciddi problemlərlə üzləşib

Müdafiə Nazirliyinin rəsmi teleqram kanalı istifadəyə verilib

Ermənilərin atdığı mərmi Tərtər avtovağzalına düşüb, bir mülki şəxs həlak olub

Düşmənə artilleriya zərbələri endirildi - VİDEO

Bakı Şəhər Baş Polis İdarəsi: Paytaxtın bütün ərazilərində polis nəzarəti gücləndirilib

“Azərbaycan-Ermənistan gərginliyini narahatlıqla izləyirik”

Putin və Makron Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

110 nəfər COVID-19-a yoluxub, 127 nəfər sağalıb, 1 nəfər vəfat edib

Azərbaycan Prezidenti: "Biz istədiyimizə nail olacağıq"

Azərbaycanın döyüşləri dayandırmasının şərti açıqlandı

Prezident İlham Əliyev və Mehriban Əliyeva yaralı hərbçilərlə görüşüblər

MN: Düşmənin alay komanda məntəqəsinə atəş zərbəsi endirilib

Tonaşendə yerləşən erməni taborunun şəxsi heyəti müdafiə mövqelərini tərk edərək qaçır

Sahibə Qafarova: “Prezident və xalqın sarsılmaz birliyi Dağlıq Qarabağın tam azadlığını təmin edəcək”

İran Prezident Aparatının rəhbəri: “Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona hörmətlə yanaşırıq”

Şimali Kipr vətəndaşları Azərbaycana kömək etməyə hazırdır

Düşmən Goranboy rayonunu artilleriya atəşinə tutur

Düşmənin top atəşi nəticəsində Azərbaycanın daha 7 mülki vətəndaşı yaralanıb

“Sülhdən danışmaq hələ çox tezdir” - Metyu Brayza