Bakı
12° Aydın hava
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Sevdanın təqdimatında
USD - 1.7 AZN
EUR - 1.9775 AZN

Qeyri-sabit hava ilə bağlı XƏBƏRDARLIQ - Sürüşmə təhlükəsi var

Qeyri-sabit hava ilə bağlı XƏBƏRDARLIQ - Sürüşmə təhlükəsi var

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədi ilə sürücülərə müraciət edib.

 İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sürücülər meteoroloji şəraiti nəzərə almaqla avtomobillərini idarə etməlidirlər: “Günün pik saatlarında havaların yağışlı və çiskinli olması, səhər havanın gec işıqlanması və axşam isə tez qaralması hərəkət iştirakçılarının görmə qabiliyyətini məhdudlaşdırır. Bütün bunları nəzərə alaraq, hər birimiz yollarda məsuliyyətli olmalı, ictimai təhlükəsizliyin etibarlı təmin edilməsinə çalışmalıyıq. Şəxsi avtomobildən istifadə edənlər digər günlərə nisbətən daha diqqətli olmalı, sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalıdırlar. Yağışın yağması ilə əlaqədar asfalt səthində, yol örtüyündə sürüşmə ehtimalı yaranır. Ona görə də sürüşkən yollarda avtomobilin hərəkətə gətirilməsi və ya dayandırılması sürət qutusunun hesabına aparılır. Yol və meteoroloji şəraiti nəzərə alıb sürücülər sürət qutusundan və əyləc sistemindən düzgün istifadə etməlidirlər. Eyni zamanda, sürücülər belə hava şəraitində nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlamalıdırlar. Həmçinin işıq cihazları da təmiz olmalıdır ki, hər hansı bir manevr edərkən digər hərəkət iştirakçıları onu görə bilsin. Yol və metroloji şərait nəzərə alınmaqla avtomobil elə idarə edilməlidir ki, hərəkətdə olan zaman hər hansı təhlükə yaranarsa, sürücü bundan yayına bilsin. Bəzən sürücülər hava şəraiti nəzərə almadan avtomobillərini həmişəki qaydada idarə edirlər. Düşünürlər ki, hər-hansı yol-nəqliyyat hadisəsi baş versə, məsuliyyətə cəlb olunmayacaqlar. Lakin Yol Hərəkəti Haqqında qanunda yol və meteoroloji şəraiti nəzərə almamaqla törədilən qəzalarda sürücülər məsuliyyətə cəlb oluna bilər".

V.Əsədov belə hava şəraitlərində məsuliyyətə cəlb olunmamaq üçün sürücülər avtomobillərini idarə edərkən asfaltın vəziyyətini nəzərə almalarını, sürət həddini minimuma endirmələrini, ara məsafəsini normadan çox saxlamalarını, avtomobilin bütün texniki xarakteristikasını gözünün önündə canlandırıb, nəqliyyat vasitəsini ona görə idarə etməli olduğunu bildirib:

"Əgər, sürücülərimiz bu qaydalara riayət etsə, yollarda baş verən qəzaların sayını minimuma endirmək olar. Sürücülərimizdən bir daha sadaladığım qaydalara riayət etmələrini xahiş edirəm".

Ən son xəbərlər

DİN komendant saatı ilə bağlı detalları açıqladı

38 nəfər COVID-19-a yoluxub, 70 nəfər sağalıb, 2 nəfər vəfat edib

Türk Şurası Qarabağdakı vəziyyətlə bağlı bəyanat yaydı

Ərdoğan: “Münaqişəni həll etməyən həmsədrlər indi ağıl verirlər”

Dövlət Xidməti kimlərin qismən səfərbərliyə cəlb olunacağını açıqlayıb

Düşmən təxribatı nəticəsində daha bir mülki sakin həlak oldu, yaralıların sayı 27-yə çatdı - RƏSMİ

Bu gündən ictimai nəqliyyat saat 20:00-a qədər fəaliyyət göstərəcək

Qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam

Prezident sərəncam imzalayıb

Prezidentin köməkçisi: "Bu, Azərbaycan xalqının Böyük Vətən Müharibəsidir"

Prezidentin köməkçisi: "Hazırda qoşunların təmas xətti boyu əməliyyatlar davam edir"

“Düşməni sona qədər məhv etmək uğrunda vuruşacağıq” - General-mayor

Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib

XİN: Ermənistan mülki insanlara qarşı terror vasitələrindən istifadə edir

Ermənistanın xəstəxanaları yaralılara görə ağır xəstələri qəbul etmir

Müdafiə Nazirliyi: Düşmən sonuncu dəfə xəbərdar edilir

Düşmənin daha 2 tankı məhv edilib

Ermənilərin atdığı atəş nəticəsində bir ailənin 5 üzvü həlak olub - RƏSMİ - FOTO

Ağdam və Tərtər rayonlarına FHN-in müvafiq qüvvələri cəlb edilib

Azərbaycan Prezidenti İlham Əliyev Hərbi vəziyyət elan edilməsi haqqında Fərman imzalayıb

Putin genişmiqyaslı hərbi toqquşmaların bərpasından ciddi narahatlığını ifadə edib