Bakı
23° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8856 AZN

"Avropanın ən yaxşı adaları"

"Avropanın ən yaxşı adaları"

ABŞ-ın “Travel and leisure” nüfuzlu səyahət jurnalının oxucuları arasında aparılan sorğuya əsasən Yunanıstanın “Milos” adası “2019-cu ildə Avropanın ən yaxşı adaları” nominasiyasında birinci yeri qazanıb.

Bundan başqa, yunan adaları Avropanın 15 ən yaxşı adaları siyahısına da daxil edilib. Belə ki, Krit adası 2-ci, Paros 4-cü, Santorini 5-ci yerləri qazanaraq Yunanıstanı bu nominasiyada birinci edib. Eyni zamanda, bu dörd ada dünyada ən yaxşı adalar siyahısında da (Milos dördüncü, Krit yeddinci, Paros on birinci, Santorini on dördüncü) yer alıb.