Bakı
7.47° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8782 AZN

Hollivud filmində türk mahnısı

Hollivud filmində türk mahnısı

Türkiyənin gənc pop ulduzu Ece Seçkinin “YouTube”da 170 milyona yaxım izlənən “Adeyyo” mahnısı “Charlie’s Angels” (Çarlinin mələkləri) filmində istifadə olunub. 

 Bəzi səhnələri İstanbulda (Eminönü Çakmakçılar Yokuşu, Kapalıçarşı, Sultanahmet və Veliefendi Hipodrumu) çəkilən ekran işində Seçkinin hərəkətli musiqisi yer alıb. O, Hollivud filmində mahnısı səsləndirilən ilk türk olaraq tarixə düşüb. 

“Xəbəri ilk dəfə eşidəndə telefonda ağladım. İstanbuldakı səhnələrdə səsimi eşitmək çox xoş oldu”,- deyə Ece qeyd edib. 

Qeyd edək ki, layihədə Elizabeth Banks, Kristen Stewart, Naomi Scott və Ella Balinska kimi məşhur similar yer

alıb.