Bakı
8° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8738 AZN

Avstraliya Mərcan dənizində ilk sualtı otelini istifadəyə verir

Avstraliya Mərcan dənizində ilk sualtı otelini istifadəyə verir

Dekabrın 1-də Avstraliyada “Reefsuites” adlı ilk sualtı otel istifadəyə veriləcək.

 “Reefsuites” Mərcan dənizindəki Böyük Sədd Rifi yaxınlığında yerləşir. O, “Cruise Whitsunday” turoperatoru tərəfindən 2017-ci ildə siklon nəticəsində dağılmış suüstü otelin yerində inşa edilib.

Oteldə cəmi iki otaq var. Döşəmədən tavana qədər uzanan şüşə pəncərədən suyun altında nələr baş verdiyi görünür. Gecə vaxtı üçün xüsusi işıqlanma nəzərdə tutulur.

Qeyd edək ki, “Reefsuites” Avstraliyada ilk sualtı oteldir. Bənzər otellər Dubay, Tanzaniya, Sinqapur və Maldiv adalarında da mövcuddur.