Bakı
30° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8816 AZN

612 min butulkadan kottec tikilib

612 min butulkadan kottec tikilib

Kanadanın "JDComposites"şirkəti Yeni Şotlandiya(Kanada) əyalətində612000emal edilmiş şüşə qabdan şəhər kənarı kottec tikib.

Layihə nəinki emal edilmiş qablardan icra edilməsi ilə, həm də güclü qasırğa və küləyə davam gətirmək iqtidarında olması ilə maraqlıdır.

"Məqsədimiz bütün arzu edənlər üçün sifarişlə "xəyal evləri"tikməkdən ibarət deyil. Biz kütləvi satış üçün nəzərdə tutulmuş layihələr - yığcam evlər, talvarlar, sığınacaqlar, ofislər və yataq yerləri təklif etmək istəyirik. Əlbəttə, təbii fəlakətlərdən qorunmaq üçün sığınacaq...", - deyə şirkətin həmtəsisçilərindən biri söyləyib.

Tikintinin qiyməti torpaq sahəsi də daxil olmaqla 373850 dollardır.

Hazır layihəyə böyük mətbəx, qonaq, üç yataq, iki vanna otağı, qapalı otaq daxildir.

İndi ev möhkəmlilik sınağından keçirilir. Yaradıcılar onun vaxt keçdikcə və fəal istismar zamanı necə köhnəlməsini öyrənmək istəyirlər.