Bakı
7.47° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8782 AZN

Avropa Komissiyasının sədri: "Yaxın beş ildə Avropa İttifaqı dəyişəcək"

Avropa Komissiyasının sədri: "Yaxın beş ildə Avropa İttifaqı dəyişəcək"

"Növbəti beş il ərzində Avropa İttifaqını (Aİ) zəruri olan və zamanın diktə etdiyi, təşkilatın hər sahəsinə və iqtisadiyyata təsir edəcək dəyişikliklər gözləyir".

 Bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Avropa Parlamentində (AP) Avropa Komissiyasının yeni tərkibinin təsdiqlənməsi ilə bağlı səsvermədən əvvəl deyib.

Onun sözlərinə görə, bunu asan olduğuna görə deyil, doğru olduğu üçün edəcəklər.

AK rəhbəri bildirib ki, Avropa bəzən ən böyük nailiyyətlərini "cəsarətli olanda" əldə etdiyini unudur. O, Avropanın yeni başlanğıcı üçün avrodeputatları onun kollegiyasını dəstəkləməyə çağırıb.

Qeyd edək ki, AP bu gün Avropa Komissiyasının Ursula fon der Lyayenin başçılığı altındakı yeni tərkibinin beşillik müddətə təsdiqlənməsi ilə bağlı səs verməlidir. Müsbət qərar qəbul ediləcəyi təqdirdə kollegiya Böyük Britaniya nümayəndəsi olmadan dekabrın 1-dən etibarən vəzifələrini tam rejimdə yerinə yetirməyə başlayacaq."