Bakı
24° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9102 AZN

Oxumaq heç zaman gec deyil

Oxumaq heç zaman gec deyil

Özbəkistanın Anqor rayon sakini Mamatqul Berdialiyev ali təhsilə yiyələnmək məqsədilə Daşkənd Dövlət Aqrar Universitetinin Termez filialına öz sənədlərini təqdim edib.

İlk baxışda burada qəribə bir şey görünməsə də, onu digərlərindən fərqləndirən cəhət 78 yaşında olmasıdır.

Məlumatda qeyd olunur ki, qocaman pensiyaçı üç ixtisasdan birində təhsil almağı arzu edir: “Meyvəçilik və üzümçülük”, “Tərəvəzçilik, bağçılıq və kartofçuluq” və ya “İstixana təsərrüfatının təşkili və aparılması”.

M.Berdialiyev ali təhsilini tamamladıqdan sonra kənd təsərrüfatı sahəsində çalışacağına ümid edir.

Xatırladaq ki, daha öncə digər bir ölkə sakini də - 72-yaşlı kişi eyni anda üç fərqli universitetə sənəd verib.