Alimlər cavabladı: Yaşlandıqca insanda niyə qarın çıxır?

Qarındakı piylənmə bir çox xəstəliklərə gətirib çıxara bilər
Elm adamları insanın yaşlandıqca niyə qarnının çıxması məsələsinə aydınlıq gətiriblər. Bu barədə tədqiqat işi "Cell Metabolism" jurnalında dərc olunub.
Yaşlanmaqla əlaqədar olaraq orqanizmin yağı əritmək bacarığı zəifləyir və yağ dərinin altında, əzələlərdə, daxili orqanların ətrafında yığılmağa başlayır. Xüsusilə daxili yağın qarın boşluğunda toplanması gözə çarpır. Bu adətən qarın və ya visseral piy adlandırılır. Onun qədərindən çox olması kökəlməyə, ikinci növ diabetə və iltihablı xəstəliklərə səbəb olur.
Almaniyadan və ABŞ-dan olan elm adamları müəyyən ediblər ki, yaşlanmış əzələlərdə qarın boşluğundakı immun B-hüceyrələr gözlənilmədən böyüməyə başlaya bilər. Bu maddələr mübadiləsinin pozulmasına və xroniki iltihablaşmaya səbəb ola bilər.
Alimlər bildirirlər ki, cavan bədənə infeksiya düşən zaman B-hüceyrələr böyüyür, sonra infeksiyaya qalib gəldikdə, əvvəlki ölçülərinə qayıdırlar. Yaşlandıqca isə B-hüceyrələrin balacalaşması zəifləyir və onlar qarın boşluğu piyində qalırlar. Bununla da piylənmə və xroniki iltihablaşma qaçılmaz olur.
Elm adamları maddələr mübadiləsinin pozulması və diabet kimi xəstəliklərdən qorunmaq üçün qarındakı piylənməyə diqqət etməyə çağırırlar.
Ən son xəbərlər

Di Kaprionun sevgilisi qırmızı xalıda göz qamaşdırdı

Ölən dostunun gitarasını tapana 25 min verəcək

Səudiyyə Ərəbistanında qadınlara restoranlara kişilərlə eyni qapıdan girməyə icazə verilib

Evsiz insanlara kömək üçün körpüdən isti paltar asırlar

Ərdoğan Fransa prezidentini tənqid edib: "Qarşımda susur"

Yağıntılı hava şəraiti sabah da davam edəcək

Ruminiyalı pop ulduz Azərbaycanda deputat olmaq istəyir – Foto

ABŞ Prezidenti Donald Tramp İrana təşəkkür edib
