Bakı
7° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8796 AZN

İnsanın Marsa uçması tamamilə qeyri-mümkün ola bilər

İnsanın Marsa uçması tamamilə qeyri-mümkün ola bilər

Marsa səyahət etmək üçün insanın qarşısında yeni ölümcül təhlükə var

Alimlərdən ibarət beynəlxalq qrup uzunmüddətli kosmik səyahətlərin astronavtların sağlamlığı üçün ölümcül təhlükəli olduğunu aşkar edib. Məlum olub ki, mikroqravitasiya daxili şah damarının fəaliyyətinə ziyan vurur. Bu isə Marsa pilot missiyasının göndərilməsinin qarşısını ala bilər.

Mütəxəssislər Beynəlxalq Kosmik Stansiyada 11 astronavtı müşahidə edilər. Müəyyən olunub ki, çəkisizlikdə 50 gün qalmaq şah damarda durğunluğa və qanın tərs axışına səbəb olur. Ekipajın üzvlərindən birində tromboz və ya damar tıxnması baş verib, bu, kosmik səyahətdə ilk dəfə müşahidə olunub. Missiyanın sonuna qədər astronavt müalicə olunmaq məcburiyyətində qalıb.

Bunun son nəticədə astronavtların sağlamlığına necə təsir göstərdiyi tam müəyyən olunmasa da, tədqiqatçılar uzunmüddətli çəkisizliyin insan sağlamlığına kəskin təhlükə daşımasından ehtiyat edirlər. Bu sahədə əlavə tədqiqatların aparılmasına ehtiyac olduğu deyilir.