Bakı
9° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8941 AZN

Tehranda aksiyalar zamanı 3 asayiş keşikçisi ölüb

Tehranda aksiyalar zamanı 3 asayiş keşikçisi ölüb

İranın Tehran əyalətində baş verən aksiyalar zamanı 3 asayiş keşikçisi ölüb.

Yerli KİV-də iğtişaşçıların onları mühasirəyə alaraq soyuq silahla öldürdükləri bildirilib.

Hadisənin konkret olaraq nə vaxt baş verdiyi qeyd olunmur. Məlumata görə, ölənlərdən biri İslam İnqilabı Keşikçilər Korpusunda (İİKK) xidmət edən hərbçi, ikisi isə bəsic (səfərbərlik qüvvələri) əməkdaşı olub.

Daha əvvəl İran hökumətinin sözçüsü Əli Rəbei ölkədə benzinin qiymətinin artması səbəbiylə baş verən iğtişaşlarda bir neçə hüquq-mühafizə orqanı əməkdaşının öldüyünü bildirmişdi.