Bakı
9° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8941 AZN

Berenin serialı nə vaxt yayımlanacaq?

Berenin serialı nə vaxt yayımlanacaq?

Məşhur aktrisa Beren Saatın rol aldığı “Atiye” (The Gift) serialının yayımlanacağı tarix məlum olub. Səs-küyə səbəb olan layihə dekabrın 27-də dünyaca məşhur “Netflix” rəqəmsal platformasında tamaşaçı qarşısına çıxacaq.

Artıq sözügedən ekran işinin anons videosu “Netflix Türkiyə” instaqram səhifəsində işıq üzü görüb.

Xatırladaq ki, bu, “Netflix”in sayca ikinci Türkiyə layihəsidir (Birinci serial Hakan: Muhafızdır).

“Atiye” 8 bölüm yayımlanacaq. Mehmet Günsür, Metin Akdülger və Beren Saat baş rolu canlandıracaq