Bakı
9° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8941 AZN

Su altında qalan Venesiyaya 1 milyard avro zərər dəyib

Su altında qalan Venesiyaya 1 milyard avro zərər dəyib

Dəniz səviyyəsinin qalxmasının iqlim dəyişikliyi ilə əlaqədar olduğu deyilir

İtaliyanın Venesiya şəhərində günlərdir davam edən selin şəhərə bir milyard avro ziyan vurduğu güman edilir.

Bu barədə Venesiya şəhərinin bələdiyyə başçısı Luici Bruqnaro deyib: "Dəyən zərər təxminən bir milyard dollar ətrafındadır. Hər şey oturuşanda, selin evlərə, iş yerlərinə, mağazalara, mədəni və sənət mirasına vurduğu zərəri dəqiq biləcəyik".

Keçən həftənin çərşənbə axşamı günü Venesiyada dəniz səviyyəsinin 187 santimetrə qalxmasıyla, son 53 ilin rekordu qırılmışdı.

Bundan bir neçə gün sonra dəniz səviyyəsi 154 santimetrə qalxmaqla, yeni rekord qırılmışdı. 1872-ci ildən bu yana aparılan qeydlərə görə, şəhərdə bundan əvvəl su səviyyəsi eyni il ərzində ilk dəfə santimetrin üstünə çıxmamışdı.

Ekspertlər şəhərdəki dəniz səviyyəsinin qalxmasının iqlim dəyişikliyi ilə əlaqədar olduğunu deyirlər.