Bakı
7° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8796 AZN

İranın Ali dini lideri etirazçılara müraciət edib

İranın Ali dini lideri etirazçılara müraciət edib

“Səlahiyyətli üç qurum rəhbərləri yanacaq istehlakını idarə etmək üçün planlı qərar verdilər, bu qərar yerinə yetirilməlidir”. 

İRNA-nın verdiyi xəbərə görə, bunu İranın Ali dini lideri Ayətullah Əli Xamneyi deyib. 

Yanacağın qiymətinin artmasına görə keçirilən aksiyaları yada salan dini lider etirazçıları sakitliyə və ictimai asayişə çağırıb: “Vətənini sevən ağıllı insan heç vaxt ictimai əmlaka zərər vermir”. 

Əli Xamneyinin sözlərinə görə, ölkədə təhlükə yaradan bu cür tədbirləri “İranın düşmənləri və inqilab əleyhinə olan qüvvələr” dəstəkləyirlər. 

BBC-nin məlumatına görə isə İranın daxili işlər naziri Əbdulrza Rəhmani-Fəzli dövlət televiziyasına müsahibəsində etirazçılara xəbərdarlıq edib. 

O qeyd edib ki, “qanunsuz hərəkətlər davam edəcəyi təqdirdə hüquq-mühafizə orqanlarının asayişi qorumaq və sakitliyi bərpa etmək üçün hərəkətə keçməkdən başqa yolu qalmayacaq”. 

Qeyd edək ki, noyabrın 15-də İranda benzinin qiyməti 50 faiz artırılıb. Bu qərar İranda kütləvi aksiyalara səbəb olub. Bir sıra şəhərlərdə isə etirazçılarla polis arasında qarşıdurma yaranıb, xeyli sayda yaralı var.