Niderland iqlim dəyişikliyi ilə mübarizə üçün yollarda sürət həddini endirib

Avtomobil yollarında sürət limiti 100 km-dən aşağı endiriləcək
Niderland hökuməti azot emissiyasını azaltmaq üçün avtomobil yollarında sürət limitini 100 km-dən aşağı salmaq qərarına gəlib. Baş nazir Mark Rutte bu məhdudiyyətin iqlim dəyişikliyi ilə mübarizə üçün vacib olduğunu deyib.
Sadəcə məhdud saydakı avtomobil yollarında 07:00-18:00 saatları arasında saatda 120 və ya 130 km sürətə icazə veriləcək.
Baş nazir sürət limitinin aşağı salınmasının heç kimin xoşuna gəlmədiyini bilidiklərini deyib: "Bu, heç kimin xoşuna gəlmir, amma bu nizamlama ilə inşaat və infrastuktur layihələrinə imkan yaranacaq. Niderlandın yüklənməməsi və iş imkanlarının lazımsız yerə itirilməməsi üçün buna ehtiyac var".
Yeni qərar uzunmüddətli bir həll yolu olmasa da, sürət limitinin aşağı salınması 75 min inşaat və ifrastruktur tikintinin aparılmasına imkan yaradacaq.
Ən son xəbərlər

“Qarabağ”a görə metronun iş saatı dəyişdi

Fransa hökumətinin ümumi təqaüd sistemi layihəsi nümayişləri daha da alovlandırıb

Bakıətrafı magistral avtomobil yollarında hərəkət məhdudlaşdırılacaq

Rasionunuzda həmişə olmalı 3 super məhsul

“Netflix” 4 milyona yaxın abunəçisini itirə bilər

Sabahın hava proqnozu açıqlanıb

ABŞ Senatının sanksiya qərarına Türkiyədən - Cavab

“Məşhurluq, populyarlıq məşhur olanadək gözəl görünür"
