Bakı
9° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8941 AZN

Bu ölkədə təmiz hava pulla satılır

Bu ölkədə təmiz hava pulla satılır

Hava çirkliliyinə görə fövqəladə vəziyyət elan edilən Hindistanın paytaxı "Yeni Dehli"də təmiz havanın pulla satışı başlayıb.

“Oxy Pure” adlı şirkət bir mağazada xüsusi kimyəvi borularda hazırlanan və müxtəlif aromatlar qatılan havanı 299 rupiyə (təxminən 7 manat) satır.

Təmiz hava almağın müddəti isə 15 dəqiqədir.

Şirkət iddia edir ki, bu “təmiz hava” vücud və zehnə müsbət təsir edir.

Qeyd edək ki, havanın həddindən artıq çirklənməsinə görə, Yeni Dehli məktəblərinə 5 milyon maska paylanılmışdı