Bakı
30° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9163 AZN

Şənbə gününün hava proqnozu açıqlanıb

Şənbə gününün hava proqnozu açıqlanıb

Azərbaycanda şənbə günü gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 16-da bəzi yerlərdə yağış yağacağı gözlənilir. 

Günün ikinci yarısında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 11-14, Bakıda gecə 8-10, gündüz 12-14 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.

Sabah Azərbaycanın qərb rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi şimal və şərq rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti təşkil edəcək. 

Ən son xəbərlər

Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT BA-nın xüsusi sessiyası keçiriləcək

Aya Sofyanın muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verilib

526 nəfər COVID-19-a yoluxub, 502 nəfər sağalıb

“Dövlət 1,5 milyard manat kredit portfelinə subsidiya və zəmanət verəcək”

İmtahan protokollarının və cavab vərəqlərinin emalına iyulun 13-dən başlanılacaq

Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə ediləcək

Prezidentin köməkçisi pandemiya dövründə Azərbaycana gətirilən vətəndaşların sayını açıqladı

Səmanın ən dolğun rentgen xəritəsi yaradılıb

Dövlət qurumlarının icazədən istifadə edərək istirahətə gedən işçiləri cəzalandırıldı

Səhiyyə Nazirliyi COVID-19 virusuna yoluxmuş xəstələrin simptomlara əsasən təsnifatını açıqlayıb

190 manat birdəfəlik ödəmənin verilməsi başa çatdı

Bu gün 41 şəhər və rayonda qəbul imtahanı keçiriləcək

Kiyevdən 189 həmyerlimiz vətənə gətirildi

Oğuza istirahətə gedənlər cəzalandırıldı

Xorvatiya və Bolqarıstan avroya keçəcək

Dövlət Agentliyinin səlahiyyəti azaldıldı

Mer: "COVID-19 Moskvada geri çəkilməyə davam edir"

5 azyaşlı uşaq və hamilə qadın Dağıstandan Azərbaycana GƏTİRİLDİ

Gürcüstanda turizm vergisi tətbiq oluna bilər

Binəqədidə poliklinikanın şöbə müdiri koronavirusdan öldü

Koronavirusa görə Azərbaycanın bu rayonuna giriş-çıxış qadağan olundu