Bakı
9° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8991 AZN

2-si qayıtdı, digər 2-si imtina etdi -

2-si qayıtdı, digər 2-si imtina etdi -

“Eurovision – 2020” mahnı müsabiqəsinin təşkilatçıları bütün iştirakçı ölkələrin adlarını açıqlayıb. 41 ölkənin adının yer aldığı siyahı müsabiqənin rəsmi saytında yerləşdirilib.  

Ukrayna və Bolqarıstan “Eurovision”a qayıdıb, Macarıstan və Monteneqro isə müsabiqəni tərk edib. Xatırladaq ki, Ukrayna Təl-Əvivdə keçirilən “Eurovision – 2019”da iştirak etməmişdi.

2020-ci ilin 12-14 may tarixlərində Niderlandda keçiriləcək müsabiqənin digər iştirakçıları isə bunlardır: Azərbaycan, Albaniya, Ermənistan, Avstraliya, Belarus, Belçika, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Malta, Moldova, Şimali Makedoniya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San-Marino, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Niderland, Böyük Britaniya.

Xatırladaq ki, bu ilin qalibi – Niderland və müsabiqənin əsasını qoyan ölkələr – Almaniya, Fransa, İtaliya, İspaniya və Böyük Britaniya birbaşa “Eurovision – 2020”nin finalında iştirak edəcəklər.