Bakı
9° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8941 AZN

Dünyada həşaratların 41%-nin nəsli kəsilmək üzrədir

Dünyada həşaratların 41%-nin nəsli kəsilmək üzrədir

Həşəratların qırılması çiyələk kimi giləmeyvələrin yoxa çıxmasına səbəb ola bilər

 Sasseks Universitetinin bioloqu və həşəratların nəslinin kəsilməsi ilə bağlı yeni tədqiqatın müəllifi Deyv Qoulson həşəratların qırılmasının nəticələrinin acınacaqlı olacağını bildirib.

"Bizim məhsullarımızın üçdə ikisi həşərat tozlandırmasına borcludur. Məhsuldarlıq aşağı düşəcək. Biz çiyələk kimi şeylərə həsrət qalacağıq. Biz həşəratlar olmadan 7.5 milyard insanı yedizdirə bilmərik".

Deyv Qoulson həşəratların qırılmasının qarşısını almaq üçün təcili addımların atılmalı olduğunu deyib. Bu mənada bağçılığın üzərinə böyük məsuliyyət düşür.

"Ən əsas məsələ bağçılığı yabanı həyatla dostlaşdırmaqdır. Pestisidlərin ixtisarı vavibdir. Bunun böyük köməyi dəyəcək", - deyə Qoulson bildirib.

Qeyd edək ki, həşəratların nəslinin sürətlə kəsilməsi bütün dünyada müşahidə olunur.