Çində nəhəng külək generatoru hazırlanıb

Çinin cənub-qərbində yerləşən Çunsin şəhərində diametri 210 metr olan rotorla təchiz edilmiş külək generatoru hazırlanıb.
“H210-10MW” dəniz külək qurğusunun gücü 10 mvt təşkil edir. O, Çində rotorunun diametri 200 metrdən çox olan ilk külək turbinidir. Bu nəhəng generator Çinin “CSIC” gəmiqayırma korporasiyasının törəmə şirkəti olan “Haizhuang Windpower” tərəfindən işlənib hazırlanıb. Yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir.
“Haizhuang Windpower” şirkətinin nəzdində fəaliyyət göstərən Elmi Tədqiqat İnstitutunun direktoru Han Huali məlumat verib ki, hər bir “H210-10MW” aqreqatı hər il təxminən 40 milyon kVt/saat elektrik enerjisi hasil etmək qabiliyyətinə malikdir ki, bu da ölkədə mövcud olan 5 mvt gücündə analoqun göstəricisini iki dəfə üstələyir.
Ən son xəbərlər

Di Kaprionun sevgilisi qırmızı xalıda göz qamaşdırdı

Ölən dostunun gitarasını tapana 25 min verəcək

Səudiyyə Ərəbistanında qadınlara restoranlara kişilərlə eyni qapıdan girməyə icazə verilib

Evsiz insanlara kömək üçün körpüdən isti paltar asırlar

Ərdoğan Fransa prezidentini tənqid edib: "Qarşımda susur"

Yağıntılı hava şəraiti sabah da davam edəcək

Ruminiyalı pop ulduz Azərbaycanda deputat olmaq istəyir – Foto

ABŞ Prezidenti Donald Tramp İrana təşəkkür edib
