Bakı
21° Buludlu
Non-Stop music
İndi Efirdə 20:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8829 AZN

BNA: "Baku Bus"a məxsus avtobuslarda kondisionerlərin işlək vəziyyətdə olması ilə bağlı göstəriş verilib

BNA: "Baku Bus"a məxsus avtobuslarda kondisionerlərin işlək vəziyyətdə olması ilə bağlı göstəriş verilib

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişindaşıma ilə məşğul olan "Baku Bus" MMC-nin bəzi avtobuslarında kondisionerlərin işləməməsinə münasibət bildirib. 

Agentliyin mətbuat katibi Mais Ağayev açıqlamasında deyib ki, kondisionerlərin işlək vəziyyətdə olması ilə bağlı sürücülərə göstəriş verilib. 

"Ara-sıra hansısa avtobusda kondisioner işləməyə bilər. Bununla bağlı BNA-nın 141 nömrəli Qaynar Xəttinə müraciətlər daxil olur və yaranmış problem dərhal aradan qaldırılır", - deyə o qeyd edib. 

Xatırladaq ki, son vaxtlar "Baku Bus"a məxsus 5, 6 və 125 nömrəli avtobuslarında kondisionerlərin işlək vəziyyətdə olmaması hallarına rast gəlinir.