Bakı
10° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8941 AZN

Alimlər şam yeməyinin səhhət üçün təhlükəli olduğunu açıqlayıblar

Alimlər şam yeməyinin səhhət üçün təhlükəli olduğunu açıqlayıblar

ABŞ-ın Nyu-York şəhərində yerləşən Kolumbiya Universitetinin alimləri gec yeməyin insan səhhəti üçün təhlükəli olduğunu bəyan ediblər.

 Tədqiqatalar görə, 18.00-dan sonra qəbul edilən yemək mədə-bağırsaq və ürək problemlərinə səbəb ola bilir. 

Təcrübədə 112 qadın iştirak edib. Hamısı da bir il ərzində gündəliklərində qəbul etdikləri qidalar barədə qeydlər aparıblar.

Məlum olub ki, saat 18.00-dan sonra qida istehlak edən qadınların qanında şəkərin miqdarı artır, ürək problemləri, çəkinin artması və yüksək təzyiq problemi yaranır.

Hesab edilir ki, orqanizm axşam qəbul edilən kaloriləri həzm edə bilmir.

Həkimlər gündəlik gəzmək və idman növləri ilə məşğul olmağı tövsiyyə edirlər. Digər tərəfdən axşam qəlyanaltılarından imtina vacibdir.